QOLAT Cup həyəcanı!

Nurlan Ağayev 01 Sentyabr, 2025

QOLAT Sport Service-nin təşkilatçılığı ilə "QOLAT Cup " minifutbol turniri baş tutdu. 9 iyulda start götürən çempionatda hər qrupda 5 komanda olmaqla 2 qruplu, 10 komanda mübarizə aparırdı. Qruplarda ilk 4 yer tutan komandalar növbəti mərhələyə adladı. Turnirin favorit komandalarından olan Ballı market , yarımfinal mərhələsinə qədər keçirdiyi görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarmışdı. Global Logistics kollektivi ilə oyunda cərimə zərbəsindən qapısında ilk qolu görən Ballı market mübarizəni yarımfinalda dayandırmalı oldu. Digər yarımfinal oyunu isə uzun müddət xatirələrdən silinməyəcək qədər maraqlı və həyəcanlı oldu. iSCHOOL FC-Djevo Sport komandalarını üz-üzə gətirən yarımfinal mərhələsində oyunun bitməsinə 3 saniyə qalmış, Djevo Sport komandasının üzvü Mirkamil əliyev rəqibin qapısından topu keçirərək komandasını penal zərbələrinə daşımağı bacardı. Penal zərbələrini dəqiq yerinə yetirən Djevo Sport digər finalçı oldu. Çempionluq oyununda Global Logistcs, Djevo Sportu üstün oyun sərgiləyərək 3-0 hesabı ilə məğlub etdi və kubokun sahibi oldu. Turnirin bürünc mükafatçısı iSCHOOL FC  kollektivi oldu.

Paylaş