Əngəlsiz Dünya

Nurlan Ağayev 01 Sentyabr, 2025

SOCAR-ın maliyyə dəstəyi və QOLAT Sport Services-in təşkilatçılığı ilə həyata keçirilən "Əngəlsiz Dünya" layihəsi iyul ayı ərzində 10 dəfə uğurla təşkil olunmuşdur. Layihənin əsas məqsədi autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların sosial bacarıqlarını inkişaf etdirmək və sağlam həyat tərzinə təşviq etmək idi. İyul ayı ərzində ümumilikdə 10 dəfə təşkil olunan tədbirlərə müxtəlif autizm mərkəzləri dəvət edilmiş və uşaqlar üçün inklüziv idman və əyləncə fəaliyyətləri təşkil olunmuşdur. "Əngəlsiz Dünya" layihəsi fiziki və əqli fərqlilikləri olan uşaqların bərabər imkanlara sahib olduqları cəmiyyət ideyasını gücləndirmək məqsədi daşıyır və gələcəkdə daha geniş miqyasda davam etdirilməsi  planlaşdırılır.

Paylaş